Bakı Olimpiya Stadionuna bu ərazilərdən gedə biləcəksiniz | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Olimpiya Stadionuna bu ərazilərdən gedə biləcəksiniz

12:24 - Bu gün
Bakı Olimpiya Stadionuna bu ərazilərdən gedə biləcəksiniz

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov forum günlərində nəqliyyatın idarə olunması ilə bağlı detalları açıqlayıb.

V.Aslanov bildirib ki, "Koroğlu” metrostansiyası yaxınlığında yerləşən mərkəzdən 24 saat fasiləsiz xüsusi marşrut fəaliyyət göstərəcək:

"İctimai nəqliyyatdan istifadə edən sərnişinlər buradan birbaşa tədbir məkanına çatdırılacaq. Ümumilikdə 9 şəhər nəqliyyat mübadilə mərkəzi müəyyən edilib. Şəhərdaxili 2 müntəzəm avtobus xətti istifadə olunacaq. Hava limanı üzrə 6 müntəzəm avtobus xətti olacaq. 9 nəqliyyat mübadilə mərkəzi bunlardır: Şıx, İçərişəhər, Nəriman Nərimanov, İzmir, 28 May, Gənclik, Ağ Şəhər, Seabreeze və Koroğlu”.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər