Bu şəxslərin əməkhaqlarına əlavələr veriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu şəxslərin əməkhaqlarına əlavələr veriləcək

Qafar Ağayev15:54 - Bu gün
Bu şəxslərin əməkhaqlarına əlavələr veriləcək

Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış tibb məntəqələrində COVID-19-a yoluxmuş xəstələrə yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb.

1news.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavə 2026-cı il iyulun 1-dək veriləcək.

Daha əvvəl bu müddət 2026-cı il aprelin 1-dək müəyyən edilmişdi.

Paylaş:
23

Son xəbərlər

Bütün xəbərlər