Marketlərdən oğuluq edənlər saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Marketlərdən oğuluq edənlər saxlanıldı

12:13 - Bu gün
Marketlərdən oğuluq edənlər saxlanıldı

Bakıda marketdən elektron siqaretlər oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, naməlum şəxs Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən marketlərin birindən ümumi dəyəri 1000 manat olan kosmetik ləvazimatları oğurlayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı A.Salmanov müəyyən edilərək saxlanlıb.

Yasamal rayonunda keçirilən tədbir nəticəsində isə marketlərin birindən 490 manat dəyərində elektron siqaretləri oğurlamaqda şübhəli bilinən 33 yaşlı M.Məcidli də saxlanılıb.

Hər iki fakt üzrə araşdırmalar aparılır.

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər