7000 manatlıq naqil oğurlayıb metal kimi satdılar | 1news.az | Xəbərlər
Cəmiyyət

7000 manatlıq naqil oğurlayıb metal kimi satdılar

11:18 - Bu gün
7000 manatlıq naqil oğurlayıb metal kimi satdılar

Binəqədi rayonunda yerləşən şirkətlərin birindən oğurluq edilib.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Naməlum şəxslər axşam saatlarında 539 metr uzunluğunda elektrik naqilini talayıblar. Zərərçəkənə dəyən maddi ziyanın miqdarı 7000 manatdır.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Babayev və 27 yaşlı Ş.Şahbazov müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla onların bir müddət öncə həmin şirkətdə çalışdıqları və işdən çıxdıqdan sonra talama cinayətini planlaşdırdıqları məlum olub. Həmçinin saxlanılan şəxslərin oğurladıqları elektrik naqilini əlvan metal qəbulu məntəqəsinə satdıqları da müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
47

Son xəbərlər

Azərbaycanda zəlzələ olub

09 / 05 / 2026, 14:52
Bütün xəbərlər