Slovakiya Milli Şurasının sədri Zəfər parkını ziyarət edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Slovakiya Milli Şurasının sədri Zəfər parkını ziyarət edib - FOTO

12:42 - Bu gün
Slovakiya Milli Şurasının sədri Zəfər parkını ziyarət edib - FOTO

Azərbaycanda səfərdə olan Slovakiya Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyəti bu gün Zəfər parkını ziyarət edib.

1news.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Slovakiya Milli Şurasının sədri Zəfər abidəsinin önünə əklil qoyub.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.

Paylaş:
34

Son xəbərlər

Bütün xəbərlər