WUF13 zamanı hansı dəyişikliklər olacaq? - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

WUF13 zamanı hansı dəyişikliklər olacaq? - VİDEO

Oksana Orucova13:30 - Bu gün
WUF13 zamanı hansı dəyişikliklər olacaq? - VİDEO

17–22 may tarixlərində Bakıda keçiriləcək WUF13 — Ümumdünya Şəhərsalma Forumu çərçivəsində şəhərdə bir sıra dəyişikliklər tətbiq olunacaq.

1news.az xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramı tərəfindən təşkil edilən və şəhərsalma sahəsində dünyanın ən nüfuzlu beynəlxalq platformalarından hesab olunan forumda 66 ölkədən 163-dən çox təşkilat iştirak edəcək.

Tədbirlə əlaqədar olaraq Bakı məktəblərində V–XI siniflər üzrə tədris 18–22 may tarixlərində distant formada keçiriləcək, ibtidai siniflər üçün isə tətil elan olunacaq.

Forum müddətində “yaşıl dəhliz” sistemi tətbiq ediləcək, bəzi marşrut xətlərinin hərəkət sxemi dəyişdiriləcək. Yolların tam bağlanması nəzərdə tutulmasa da, müəyyən istiqamətlərdə qismən dəyişikliklər mümkündür.

Rayonlardan Bakıya girişlə bağlı isə hər hansı məhdudiyyət tətbiq olunmayacaq.

Rəsmi qurumlar vətəndaşları qaydalara əməl etməyə və elan olunan alternativ marşrutlardan istifadə etməyə çağırır.

Daha ətraflı videoda:

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər