Bakıda XI sinif şagirdi məktəbin pəncərəsindən yıxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda XI sinif şagirdi məktəbin pəncərəsindən yıxılıb

12:18 - 14 / 05 / 2026
Bakıda XI sinif şagirdi məktəbin pəncərəsindən yıxılıb

175 nömrəli tam orta ümumtəhsil məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) mayın 14-də pəncərədən yıxılıb.

1news.az xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi”nə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə üçün səhiyyə müəssisəsinə aparılıb.

Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.

Paylaş:
263

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər