Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib - YENİLƏNİB

10:17 - Bu gün
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib - YENİLƏNİB

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərilib.

1news.az APA-ya istinadən xəbər verir ki, 14 vaqondan ibarət, çəkisi 977 ton olan buğda 15 may tarixində Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.

Xatırladaq ki, tranzitlə yanaşı, Azərbaycandan Ermənistana neft məhsulları da ixrac olunur. İndiyədək Azərbaycandan Ermənistana 10 min tondan çox dizel, 979 ton Aİ-92 benzini və 2955 ton Aİ-95 benzini ixrac olunub.

09:22

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək.

1news.az APA-ya istinadən xəbər verir ki, bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə əlavə olaraq 14 vaqondan ibarət, çəkisi 977 ton olan buğda göndəriləcək.

Paylaş:
101

Son xəbərlər

Bütün xəbərlər