İran rəsmisindən Hörmüz mesajı: "İtirməyəcəyik" | 1news.az | Xəbərlər
Dünya

İran rəsmisindən Hörmüz mesajı: "İtirməyəcəyik"

Oksana Orucova17:17 - Bu gün
İran rəsmisindən Hörmüz mesajı: "İtirməyəcəyik"

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif bildirib ki, ölkəsi heç bir halda Hörmüz boğazı üzərində nəzarəti itirməyəcək.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tesnim Xəbər Agentliyi məlumat yayıb.

Rza Arif paytaxt Tehranda keçirilən toplantıda çıxış edərək Hörmüz boğazının İran üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.

“Bədəli nə olursa olsun, Hörmüz boğazını itirməyəcəyik”, – deyə o bildirib.

Arif həmçinin boğazın “İranın mülkü” olduğunu iddia edərək qeyd edib:

“Hörmüz boğazı onsuz da bizə məxsusdur. Sadəcə, bir müddətdir bu mülkümüzdən düzgün istifadə edə bilməmişik.”

Qeyd edək ki, İran rəsmisi bir gün əvvəl verdiyi başqa açıqlamada da ölkəsinin Hörmüz boğazı üzərindəki “haqlarının müəyyənləşdirildiyini və məsələnin bağlandığını” irəli sürmüşdü.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər