Lənkəranın bəzi kəndlərində işıq olmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranın bəzi kəndlərində işıq olmayacaq

09:23 - 15 / 05 / 2026
Lənkəranın bəzi kəndlərində işıq olmayacaq

Bu gün Lənkəran rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə 1news.az "Azərişıq" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Lənkəran-2" yarımstansiyasından çıxan 10 kV-luq 3 saylı və 35/10 kV-luq "Liman" yarımstansiyasından çıxan 10 kV-luq 5 saylı hava xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Sütəmurdov və Velədi, saat 14:00-dan 16:00-dək Qumbaşı, Şirinquyu kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Paylaş:
279

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər