WUF13 çərçivəsində Bakıda keçirilən nazirlər görüşünün yekunları BMT Baş Assambleyasında təqdim olunacaq
Bakıda keçirilən Ümumdünya Şəhər Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan nazirlər görüşünün yekunları BMT Baş Assambleyasında Yeni Şəhər İnkişafı Proqramının icrasına dair aralıq qiymətləndirmə zamanı təqdim ediləcək.
1news.az xəbər verir ki, bunu çıxışı zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev bildirib.
Onun sözlərinə görə, bugünkü iclas nazirlərə əldə olunan irəliləyişləri qiymətləndirmək, qabaqcıl təcrübələri bölüşmək və 2036-cı ilədək Yeni Şəhər İnkişafı Proqramının həyata keçirilməsi üzrə prioritetləri müəyyənləşdirmək imkanı yaradır.
Anar Quliyev qeyd edib ki, nazirlər görüşünün nəticələrinə dair sədrliyin yekun xülasəsi bu ilin iyul ayında United Nations Baş Assambleyasında keçiriləcək yüksək səviyyəli aralıq icmal prosesinə mühüm töhfə verəcək.












