Qvineya naziri: Sosial mənzil iqlim dəyişikliklərinə davamlı olmalıdır
Evi təmin etmək dünyanı mənzillə təmin etmək deməkdir — bu isə harada yaşamasından asılı olmayaraq hər bir vətəndaşın layiqli yaşayış şəraitinə çıxışının təmin olunmasıdır.
1news.az xəbər verir ki, bu barədə Qvineya Respublikasının şəhərsalma, mənzil təminatı və ərazi inkişafı naziri Məhəmməd Lamine Si Savane Bakıda keçirilən Ümumdünya Şəhər Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, mənzil məsələlərinin həllində dayanıqlı inkişaf məqsədləri nəzərə alınmalı, eyni zamanda ətraf mühitin qorunması təmin edilməlidir.
Nazir qeyd edib ki, bu gün Bakıda güclü yağış yağıb və bunu “nemət” kimi qiymətləndirib:
“Bu, Azərbaycanda hökm sürən rifahın və müsbət atmosferin göstəricisidir”, — deyə o bildirib.
Məhəmməd Lamine Si Savane həmçinin Azərbaycanın təkcə inkişaf məqsədlərini deyil, eyni zamanda Nayrobi şəhərində keçirilən Afrika Forumunda qəbul edilən öhdəlikləri də həyata keçirən ölkə olduğunu vurğulayıb.
Onun sözlərinə görə, iqlim dəyişiklikləri fonunda sosial mənzilin dayanıqlılığı ilə ətraf mühitin qorunması arasında əlaqənin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.












