“Eurovision 2026”nın finalında Azərbaycan tamaşaçılarının kimə səs verdiyi məlum olub | 1news.az | Xəbərlər
Dünya

“Eurovision 2026”nın finalında Azərbaycan tamaşaçılarının kimə səs verdiyi məlum olub

Feliks Vişnevetskiy09:35 - 17 / 05 / 2026
“Eurovision 2026”nın finalında Azərbaycan tamaşaçılarının kimə səs verdiyi məlum olub

Mayın 16-da Vyanada keçirilən “Eurovision 2026” beynəlxalq mahnı müsabiqəsi başa çatıb.

1news.az xəbər verir ki, müsabiqənin qalibi Bolqarıstan təmsilçisi Dara “Bangaranga” mahnısı ilə olub.

Azərbaycan tamaşaçıları final səsverməsində ən yüksək - 12 balı müsabiqənin yekununda ikinci yeri tutan İsrailə veriblər.

Azərbaycan tamaşaçılarının digər səsləri isə aşağıdakı kimi bölüşdürülüb:

  • 12 bal - İsrail

  • 10 bal - Bolqarıstan

  • 8 bal - Finlandiya

  • 7 bal - Danimarka

  • 6 bal - Rumıniya

  • 5 bal - Avstraliya

  • 4 bal - Ukrayna

  • 3 bal - Çexiya

  • 2 bal - Malta

  • 1 bal - Moldova

Xatırladaq ki, Azərbaycanın peşəkar münsiflər heyəti müsabiqənin finalında ən yüksək balı - 12 xalı İtaliyaya verib. İtaliya isə yekunda beşinci yeri tutub.

Paylaş:
545

Son xəbərlər

Bütün xəbərlər