Alena Əliyeva Urban Expo mərkəzini ziyarət edib - FOTO
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Alena Əliyeva Urban Expo mərkəzini ziyarət edib.
1news.az-ın müxbirinin verdiyi məlumata görə, Alena Əliyeva forum ərazisində yerləşən pavilyonlarla tanış olub, müxtəlif stendlərə baxış keçirib və tədbir iştirakçıları ilə görüşüb.
Qeyd edək ki, WUF13 çərçivəsində şəhərsalma, dayanıqlı inkişaf və innovativ urbanistik həllərə həsr olunan müzakirələr davam edir.






117












