Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
Mayın 22-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.
1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Ayrı-ayrı yerlərdə yağıntılar intensiv və güclüdür. Şahdağda isə qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 1 sm-dir.
Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 47, Zaqatalada 41, Qusarda (Laza) 35, Şəkidə (Kişçay) 27, Daşkəsəndə 21, Balakəndə 17, Oğuzda 16, Şahdağda 15, Gədəbəydə 14, İsmayıllı, Naftalanda 10, Sədərəkdə 9, Biləsuvar, Qəbələdə 8, Lerik, Qrız, Ağsu, Gəncə, Göygöldə 7, Bərdə, Mingəçevir, Naxçıvan, Şərurda 6, Quba, Xınalıq, Yardımlı, Culfa, Şahbuzda 5, Xızı, Sabirabad, Neftçala, Tovuz, Ordubadda 4, Beyləqan, İmişli, Şamaxı, Ağstafada 3, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Kürdəmirdə 2, Xaltan, Şabran, Xaçmaz, Qobustan, Şəmkir, Tərtər, Yevlax, Göyçay, Zərdab, Lənkəran, Astara, Cəbrayıl, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.












