Bakıdan yola düşən sərnişin qatarı Tbilisiyə çatıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıdan yola düşən sərnişin qatarı Tbilisiyə çatıb

10:04 - 26 / 05 / 2026
Bakıdan yola düşən sərnişin qatarı Tbilisiyə çatıb

Ötən gün saat 23:10-da Bakıdan Tbilisiyə yola düşən sərnişin qatarı saat 09:04-də təyinat məntəqəsinə çatıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Tbilisi Dəmir Yolu Vağzalında qatarın qarşılanma mərasimi olub.

Tədbirdə Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf nazirinin müavini Tamar İoseliani, Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, "Gürcüstan Dəmir Yolları" SC-nin baş direktoru Laşa Abaşidze və digər rəsmi şəxslər iştirak ediblər.

Bununla da altı illik fasilədən sonra Bakı-Tbilisi qatarı ilk səfərini həyata keçirib.

Qeyd edək ki, Tbilisidən qatar bu gün saat 21:00-da yola düşəcək və sabah saat 06:24-də Bakıya çatacaq.

Paylaş:
215

Son xəbərlər

60 yaşlı kişi kanalda batdı

18 / 06 / 2026, 17:28

Belarus Ukraynaya nota verib

18 / 06 / 2026, 16:41
Bütün xəbərlər