“Nikosayağı” illər sonra sosial şəbəkələrə geri döndü - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Nikosayağı” illər sonra sosial şəbəkələrə geri döndü - VİDEO

Oksana Orucova10:36 - Bu gün
“Nikosayağı” illər sonra sosial şəbəkələrə geri döndü - VİDEO

Qəza sonrası uzun müddət sosial mediadan uzaq qalan bloger “Nikosayağı” yenidən gündəmə gəlib.

1news.az xəbər verir ki, fenomen yeni layihələr üzərində çalışdığını və çəkiliş prosesinə start verdiyini izləyiciləri ilə bölüşüb.

Qeyd edək ki, “Nikosayağı” uzun müddətdir aktiv paylaşım etməsə də, sosial şəbəkə hesabında 1 milyondan artıq izləyici toplamağı bacarıb.

Xatırladaq ki, bloger “Nikosayağı” kimi tanınan Nicat Şakirli 2023-cü il avqustun 15-də ağır yol qəzası keçirib. O, idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına çırpılıb. Hadisə zamanı avtomobildə olan dostu Ruslan Məmmədov həyatını itirib. Ağır qəzada blogerin sağ qolu dirsəkdən amputasiya olunub.

Paylaş:
80

Son xəbərlər

Bütün xəbərlər