DİN-də vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib | 1news.az | Xəbərlər
Siyasət

DİN-də vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib

First News Media11:59 - 02 / 06 / 2026
DİN-də vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib

Daxili İşlər Nazirliyində (DİN) vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib.

Bu barədə 1news.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə hüquq-mühafizə və məhkəmə institutları arasında formalaşmış səmərəli əməkdaşlıq, qanunun aliliyinin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi müzakirə olunub.

Qeyd olunub ki, bu təmasların praktiki məsələlərlə bağlı hakimlərin məlumatlılığının artmasına hüquq sisteminin daha da təkmilləşdirilməsinə töhfə verir.

Daxili İşlər Nazirliyinin fəaliyyət istiqamətləri, asayişin və təhlükəsizliyin mühafizəsi, cinayətkarlıqla mübarizədə görülən işlər diqqətə çatdırılıb.

 

Paylaş:
220

Son xəbərlər

Nurlana Əliyeva vəfat edib

01 / 07 / 2026, 14:31
Bütün xəbərlər