Ötən ay 56 aptekdə yoxlama keçirilib, 18-ində nöqsanlar aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən ay 56 aptekdə yoxlama keçirilib, 18-ində nöqsanlar aşkarlanıb

11:13 - Bu gün
Ötən ay 56 aptekdə yoxlama keçirilib, 18-ində nöqsanlar aşkarlanıb

Bu ilin may ayında ümumilikdə 56 aptekdə yoxlama aparılıb.

Bu barədə 1news.az-a Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, yoxlamalardan biri Bakı şəhərində, 55-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib. Keçirilən yoxlamaların 55-i planlı, biri isə plandankənar olub.

Nəticələrə əsasən, 18 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.

Aşkarlanmış pozuntularla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati protokollar tərtib olunub.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər