Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

First News Media11:22 - Bu gün
Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

İyunun 1-də ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 164, o cümlədən borclu şəxs qismində axtarışda olan 129 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

Paylaş:
58

Son xəbərlər

Bütün xəbərlər