ABŞ-də silahlı insident: Ölənlər var | 1news.az | Xəbərlər
Dünya

ABŞ-də silahlı insident: Ölənlər var

Oksana Orucova11:35 - Bu gün
ABŞ-də silahlı insident: Ölənlər var

ABŞ-nin Ayova ştatında ailədaxili münaqişə zəminində baş verdiyi ehtimal olunan silahlı insident nəticəsində 6 nəfər həyatını itirib.


1news.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.


Ştat polisi Muskatin şəhərində iki yaşayış evi və bir iş yerində baş vermiş hadisələrlə bağlı açıqlama yayıb.
Məlumata əsasən, Ryan Villis adlı şəxs əvvəlcə şəhərdəki evlərdən birində 4 nəfəri qətlə yetirib. Daha sonra o, Missisipi çayının sahilində yerləşən piyada cığırına yollanıb.


Hadisəni araşdıran hüquq-mühafizə orqanları daha iki qurbanın olduğunu müəyyən ediblər. Onlardan birinin cəsədi başqa bir evdə, digərinin isə yaxınlıqdakı iş yerində aşkar edilib.


Muskatin Polis İdarəsinin açıqlamasında qeyd olunub ki, ilkin araşdırmalar hadisələrin ailədaxili münaqişə nəticəsində baş verdiyini göstərir. Bildirilib ki, həlak olanların hamısının şübhəlinin ailə üzvləri olduğu ehtimal edilir.
 

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər