Bakı Şəhər DYP-dən “Son zəng”lə bağlı avtomobil icarəsi şirkətlərinə MÜRACİƏT | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Şəhər DYP-dən “Son zəng”lə bağlı avtomobil icarəsi şirkətlərinə MÜRACİƏT

Qafar Ağayev10:07 - Bu gün
Bakı Şəhər DYP-dən “Son zəng”lə bağlı avtomobil icarəsi şirkətlərinə MÜRACİƏT

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşıdan gələn “Son zəng” tədbirləri ilə əlaqədar avtomobil icarəsi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edərək onları məsuliyyətli olmağa çağırır.

İdarədən 1news.az-a verilən məlumata görə, bəzi hallarda məzunlar və ya yetkinlik yaşına çatmayan şəxslər əyləncə məqsədilə müxtəlif nəqliyyat vasitələrini icarəyə götürməyə cəhd edir, nəzərə almaq lazımdır ki, sürücülük hüququ olmayan şəxslərin sükan arxasına əyləşməsi qanunvericiliyin tələblərinin zidd olmaqla yanaşı, onların və digər hərəkət iştirakçılarının həyat və sağlamlıqları baxımından olduqca təhlükəlidir.

Bununla əlaqədar avtomobil icarəsi şirkətlərindən xahiş olunur ki, nəqliyyat vasitələrinin icarəyə verilməsi zamanı sürücülük vəsiqəsinin etibarlılığına, şəxsin yaşına və nəqliyyat vasitəsini idarə etmək hüququna xüsusi diqqət yetirsinlər.  “Son zəng” tədbirləri ilə bağlı əyləncə məqsədilə məktəblilərə və ya sürücülük hüququ olmayan şəxslərə avtomobil təqdim etməsinlər.

Belə hal aşkarlandığı təqdirdə həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər həyata keçiriləcək.

Bu məsələdə göstəriləcək həssas yanaşma mümkün xoşagəlməz hadisələrin qarşısının alınmasına və məzun gününün təhlükəsiz şəraitdə keçirilməsinə xidmət edəcək.

Paylaş:
132

Son xəbərlər

Bütün xəbərlər