Sükan arxasında yuxulaması ehtimal olunan sürücü iki nəfərin həyatına son qoydu. | 1news.az | Xəbərlər
Cəmiyyət

Sükan arxasında yuxulaması ehtimal olunan sürücü iki nəfərin həyatına son qoydu.

09:35 - Bu gün
Sükan arxasında yuxulaması ehtimal olunan sürücü iki nəfərin həyatına son qoydu.

Goranboy rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

1news.az xəbər verir ki, bu barədə məlumatı Baş Dövlət Yol Polisi İdarəsi yayıb.

Bildirilib ki, hadisə iyunun 8-i saat 13 radələrində rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb. Rayon sakini, 73 yaşlı Səməndər Cəfərov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxaraq, qarşıdan gələn həmyerlisi, 86 yaşlı Şahbaz Qarayevin idarə etdiyi “VAZ 2106” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Şahbaz Qarayev, həmçinin Səməndər Cəfərovun sərnişini Rza Qasımov hadisə yerində həyatını itirib.

İlkin ehtimallara görə, “VAZ 2107” markalı avtomobilin sürücüsü sükan arxasında yuxulayıb.

Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha qeyd edir ki, yorğun, yuxusuz və ya səhhətində problem olan şəxslərin sükan arxasına əyləşməsi ağır yol-nəqliyyat hadisələrinə səbəb olur və sürücüləri belə hallardan çəkinməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə yanaşmamağa çağırır.

Paylaş:
92

Son xəbərlər

Bütün xəbərlər