Seyid Əli Xameneinin dəfn mərasiminin tarixi açıqlandı | 1news.az | Xəbərlər
Siyasət

Seyid Əli Xameneinin dəfn mərasiminin tarixi açıqlandı

17:55 - Bu gün
Seyid Əli Xameneinin dəfn mərasiminin tarixi açıqlandı

İranın sabiq Ali Rəhbəri Seyid Əli Xameneinin dəfn mərasimi iyunun 26-dan sonra keçiriləcək.

1news.az xəbər verir ki, bu barədə “Tasnim” onun əsərlərinin mühafizəsi və nəşri ofisinə istinadən məlumat yayıb.

Bildirilib ki, mərasimlə bağlı mediada yayılan iddialar həqiqəti əks etdirmir. Vida və dəfn mərasiminin Məhərrəm ayının ilk ongünlüyündən sonra keçiriləcəyi qeyd olunub.

Qeyd edək ki, Xamenei vəsiyyətinə uyğun olaraq Məşhəddəki İmam Rza türbəsində dəfn olunacaq.

Paylaş:
97

Son xəbərlər

Bütün xəbərlər