DİM təkrar keçiriləcək buraxılış imtahanı ilə bağlı müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM təkrar keçiriləcək buraxılış imtahanı ilə bağlı müraciət edib

First News Media12:19 - Bu gün
DİM təkrar keçiriləcək buraxılış imtahanı ilə bağlı müraciət edib

Dövlət İmtahan Mərkəzi 21 iyun 2026-cı il tarixində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə müxtəlif növ imtahanlar (təkrar) keçirəcək.

Bu barədə 1news.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahan Bakı, Abşeron və Sumqayıtda təşkil olunacaq. Təkrar imtahanda 25-27 may tarixlərində qeydiyyatdan keçən və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsinə qatılmaq istəyən abituriyentlər iştirak edə bilərlər. Həmin abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni buradan çap edə bilərlər.

Bundan əlavə, qeyd olunan şəhər və rayonlar üzrə 25-26 may tarixlərində təhsil aldıqları məktəbə müraciət edən şagirdlər (cari və əvvəlki illərin IX sinif şagirdləri) 21 iyunda keçiriləcək imtahanda iştirak edə bilərlər. Həmin şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni buradan çap edə bilərlər. İmtahana buraxılış vərəqəsində imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, imtahanın başlanma vaxtı, iştirakçının imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Qeyd olunub ki, imtahanlar saat 10:00-da başlanır. 09:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər