Müdafiə Nazirliyinin rəhbərliyi ƏÜO-nun hərbi hissələrində olub - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Müdafiə Nazirliyinin rəhbərliyi ƏÜO-nun hərbi hissələrində olub - VİDEO

First News Media10:13 - Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi ƏÜO-nun hərbi hissələrində olub - VİDEO

Müdafiə Nazirliyinin rəhbər heyəti Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) hərbi hissələrində xidməti-döyüş fəaliyyətinin təşkili və hərbi qulluqçular üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olub.

1news.az xəbər verir ki, döyüş mövqelərində xidmət edən şəxsi heyətlə söhbətlər aparılıb, onların qayğıları ilə maraqlanılıb. 

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi hissələrdə şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılmasını təmin edən bütün zəruri infrastruktur yaradılıb. Hərbi hissələrin döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması, döyüş növbətçiliyinin fasiləsiz və təhlükəsiz təşkili məqsədilə bütün lazımi tədbirlər həyata keçirilib.

Qeyd olunub ki, hərbi hissələrin döyüş mövqelərində artilleriya zərbələri və pilotsuz uçuş aparatlarının təhdidlərinə dayanıqlı mühəndis fortifikasiya qurğuları hazırlanıb. 

Daha sonra təlim poliqonunda olan nazirliyin rəhbərliyinə məlumat verilib ki, burada bölmələrin döyüş hazırlığı planlarında nəzərdə tutulmuş təlim və məşqlərin real döyüş vəziyyətinə uyğun keçirilməsinə imkan yaradılıb.

Sonda müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması, döyüş hazırlığı məşğələlərinin intensivliyinin daha da artırılması, eləcə də silah və texnikanın səmərəli tətbiqinin öyrənilməsi ilə bağlı aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verib.

Paylaş:
40

Son xəbərlər

Bütün xəbərlər