“Şıxəli Qurbanov” küçəsi nəhayət hərəkətə açıldı, lakin yol nişanlanması hələ yoxdur – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Şıxəli Qurbanov” küçəsi nəhayət hərəkətə açıldı, lakin yol nişanlanması hələ yoxdur – FOTO

09:25 - Bu gün
“Şıxəli Qurbanov” küçəsi nəhayət hərəkətə açıldı, lakin yol nişanlanması hələ yoxdur – FOTO

Avqustun 12-də səhər saatlarından etibarən Bakının Şıxəli Qurbanov küçəsində nəqliyyatın hərəkəti bərpa olunub.

1news.az-ın əməkdaşının verdiyi məlumata görə, avtomobillər “Nizami” metro stansiyasından keçmiş “5 Mərtəbə” meydanı istiqamətində təmir olunan yol sahəsi ilə artıq maneəsiz hərəkət edirlər. Lakin yeni asfalt örtüyü üzərində hələlik yol nişanlanması aparılmayıb.

Qeyd edək ki, sözügedən ərazidə təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdı. Yolun avqustun 10-da saat 07:00-dək tam açılması planlaşdırılsa da, bu baş verməmişdi.

Bununla bağlı 1news.az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, gecikməyə səbəb kanalizasiya şəbəkəsinə aid baxış quyularının yeni asfalt-beton örtüyünün hündürlüyünə uyğunlaşdırılması ilə bağlı işlərin aparılması olub.

Qurumdan bildirilib ki, yolun avqustun 11-i ərzində istifadəyə verilməsi planlaşdırılır.

Beləliklə, küçədə nəqliyyatın hərəkəti bərpa edilib. Bununla belə, yolun abadlaşdırılması üzrə yekun işlər hələ başa çatmayıb və hərəkət hissəsində yol nişanlanmasının çəkilməsi qarşıda qalır.

Paylaş:
50

Son xəbərlər

Bütün xəbərlər