Tarixçilər Səfəvi İmperiyasının xəritəsini yaydılar | 1news.az | Xəbərlər
Cəmiyyət

Tarixçilər Səfəvi İmperiyasının xəritəsini yaydılar

First News Media09:20 - Bu gün
Tarixçilər Səfəvi İmperiyasının xəritəsini yaydılar

Tarixçilər Nazim Xəlilov və Elnur Nəciyev “Azərbaycan Səfəvi dövləti (Şah İsmayıl dövrü: 1501-1524)” adlı xəritə paylaşıblar.

1news.az xəbər verir ki, bu xəritə “Azərbaycan tarixi atlası”na (baş redaktor: AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov), “Azərbaycan Respublikasının Milli Atlası”na və “Azərbaycan tarixi xəritələrdə” atlasına (elmi redaktor: AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov) daxil edilib.

“Paylaşdığımız xəritənin müəllifləri AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyev və tarix elmləri doktoru Tofiq Nəcəflidir. Xəritədən aydın görünür ki, 1514-cü il Çaldıran döyüşünə qədər Azərbaycan Səfəvi dövlətinin sərhədləri şimalda Dərbənd şəhərindən cənuba doğru - Fars körfəzinə, qərbdə - Fərat çayından, şərqdə Amudərya çayına kimi uzanırdı. Həmin dövrdə imperiyanın ərazisi 3,5 milyon kv.km idi.

1555-ci il Amasya sülhündən sonra Səfəvi İmperiyasının ərazisi 2,5 milyon kv.km, 1590-cı il İstanbul sülhündən sonra 1,5 milyon kv.km, 1639-cu il Qəsri-Şirin sülhündən sonra isə 2,85 milyon kv.km olub”, - deyə tarixçilər bildiriblər.

Qeyd edək ki, son günlər Azərbaycan mediasında Fazil Mustafa ilə Taleh Şahsuvarlı arasında Şah İsmayıl Xətai və Səfəvilər irsi ətrafında kəskin polemika gedir. Mübahisə Fazil Mustafanın öz doğum günü münasibətilə yazdığı yazıda Şah İsmayılı "məzhəb faşizminin qurucusu" adlandırmasından sonra alovlanıb. Taleh Şahsuvarlı bu ifadəni tarixi təhrif və hörmətsizlik kimi qiymətləndirərək kəskin etiraz edib, Fazil Mustafa isə cavabında onun fikirlərini "yanlış yolda" adlandırıb. Tərəflər arasında həm tarixi qiymətləndirmə, həm də şəxsi ittihamlar üzrə gərginlik davam edir; debat təklifi səslənsə də, hələ baş tutmayıb. Digər siyasi, ictimai xadimlər də qoşularaq mübahisəni daha geniş ictimai müzakirəyə çeviriblər.

Paylaş:
46

Son xəbərlər

Bütün xəbərlər