Dünən Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünən Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb - YENİLƏNİB

First News Media08:52 - Bu gün
Dünən Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb - YENİLƏNİB

Tovuzda çayda batan 22 yaşlı gəncin meyiti tapılıb.

1news.az APA-ya istinadən xəbər verir ki, bu gün səhər saatlarında 2004-cü il təvəllüdü İ. Şirinovun meyiti batdığı yerdən bir qədər kənardan FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Şəmkir dalğıc-axtarış qrupu tərəfindən aşkarlanıb.

Meyit sudan çıxarılaraq müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin Tovuz rayon şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

 

 

 

 

16.06.2026  15:39

Tovuz sakini çayda batıb.

1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Tovuz çayının rayonun Dondar Quşçu kəndi ərazisində keçən hisəsində qeydə alınıb.

Bir nəfərin çayda batdığı bildirilir. Hadisə yerinə FHN-in xilasediciləri cəlb edilib, axtarışlar davam etdirilir.

Paylaş:
426

Son xəbərlər

Bütün xəbərlər