Energetika Nazirliyinə 5 ayda 5 600-ə yaxın vətəndaş müraciəti daxil olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Energetika Nazirliyinə 5 ayda 5 600-ə yaxın vətəndaş müraciəti daxil olub

First News Media12:47 - Bu gün
Energetika Nazirliyinə 5 ayda 5 600-ə yaxın vətəndaş müraciəti daxil olub

Bu ilin yanvar-may aylarında Energetika Nazirliyinə ümumilikdə 5 597 vətəndaş müraciəti daxil olub.

1news.az nazirliyə istinadən xəbər verir ki, müraciətlərin 815-i məlumat, 4 782-si isə icra xarakterli olub. Bunlardan 4 438-i müvafiq qaydada icra edilib, 344 müraciət isə icradadır.

Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma və texniki şərtin verilməsi, elektrik enerjisinin keyfiyyəti və verilişində fasilələrin yaranması, elektrik qurğu və avadanlıqlarının istismar vəziyyəti, elektrik veriliş xəttinin mühafizə zonasının pozulması və kabelləşmə, qazlaşma, borc və cərimələr, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, qəbula yazılmaq, kadr məsələləri, icazələr və digər mövzuları əhatə edib.

Qeyd edilən dövr ərzində Nazirliyin rəhbər vəzifəli şəxsləri tərəfindən 109 vətəndaş qəbul edilib. Bu vətəndaşlardan 26-sı şəhid ailəsinin üzvləri, 6-sı qazi və 2-si müharibə iştirakçısı olub. Şəhid ailəsi və müharibə iştirakçılarının ümumilikdə 60 müraciətinə baxılıb, müvafiq qaydada icra edilib.

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər