Paytaxtda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb - VİDEO

First News Media17:02 - Bu gün
Paytaxtda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb - VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışının qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, paytaxt ərazisində keçirilən növbəti əməliyyat zamanı 26 yaşlı Nicat Həsənov saxlanılıb. Həmin şəxsdən 51 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və 2000 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilərək götürülüb.

Araşdırmalarla müəyyən olunub ki, N.Həsənov xarici narkotacirlərin tapşırıqları əsasında ölkə ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edib.

Faktla bağlı cinayət işi başlanılıb. N.Həsənov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər