Lənkəranda avtomobil yol kənarında ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda avtomobil yol kənarında ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb

First News Media16:07 - 22 / 07 / 2026
Lənkəranda avtomobil yol kənarında ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb

Lənkəranda avtomobil yol kənarında kiçik ticarətlə məşğul olan şəxsi vuraraq öldürüb.

1news.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Vilvan kəndi ərazisində baş verib.

Hərəkətdə olan "Opel Astra" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarında kiçik ticarətlə məşğul olan Lənkəran rayonunun Vilvan kənd sakini 1986-cı il təvəllüdlü Turab İlham oğlu Şərifovu vurub.

Ətrafdakıların köməyi ilə T.Şərifov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkiməqədər ölüm faktı qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
473

Son xəbərlər

Bu ərazilərdə qaz olmayacaq

15 / 08 / 2026, 17:59
Bütün xəbərlər