Avtoyumadan müştərinin avtomobilini qaçıran şəxs saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtoyumadan müştərinin avtomobilini qaçıran şəxs saxlanıldı

First News Media15:45 - Bu gün
Avtoyumadan müştərinin avtomobilini qaçıran şəxs saxlanıldı

Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanılıb.

1news.az DİN-ə istinadən xəbər verir ki, paytaxtın Xətai rayonu ərazisində zərərçəkənə məxsus "Subaru" markalı avtomobil oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən A.Həsənov Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən saxlanılıb. Araşdırmalarla şübhəli şəxsin müştərinin avtoyuma məntəqəsinə təhvil verdiyi avtomobili qanunsuz olaraq götürərək hadisə yerindən uzaqlaşdığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
67

Son xəbərlər

Bütün xəbərlər