Paşinyan Ermənistanda yeni parlament seçkilərinin keçirilməsini istisna edib
Ermənistanın Baş naziri Nikol Paşinyan yeni parlament seçkilərinin keçirilməsi imkanını istisna edib.
1news.az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Paşinyan, bu barədə jurnalistlərə ölkədə seçki prosesinin saxtalaşdırılması ilə bağlı müxalifətin ittihamlarını şərh edərkən bildirib.
"Əlbəttə, yox. Biz yeni seçkilər keçirməyə hazırlaşmırıq", - Paşinyan qeyd edib.
Xatırladaq ki, iyunun 14-də Mərkəzi Seçki Komissiyası seçkilərin yekun nəticələrini açıqlayıb, həmin nəticələrə əsasən, "Mülki müqavilə" səslərin 49,7456 %-ni (64 mandat), "Güclü Ermənistan" - 23,2710 %-ni (29 mandat), "Ermənistan" bloku isə - 9,9231 %-ni (12 mandat) qazanıb.
71












