Yevlaxda ov tüfəngindən açılan atəş nəticəsində bir nəfər həyatını itirib
Yevlax rayonunda güllə xəsarətləri alan şəxs ölüb.
1news.az “Qafqazinfo”ya istyinadən xəbər verir ki, iyunun 17-si saat 20 radələrində Mingəçevir şəhər sakini 1962-ci il təvəllüdlü Əjdər Cuma oğlu Pirimov Əkşəm kəndinin ərazisində atasına məxsus evdə xəsarət alıb.
Onun ov tüfəngindən açılan atəşdən sonra ağır yaralandığı və qanaxmadan öldüyü bildirilib.
Hadisə yerindən Ə.Pirimova məxsus müvafiq sənədləri olan 1 ədəd “TOZ” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
82












