Numan Kurtulmuş: İslam dünyasında birlik və əməkdaşlıq gücləndirilməlidir | 1news.az | Xəbərlər
Siyasət

Numan Kurtulmuş: İslam dünyasında birlik və əməkdaşlıq gücləndirilməlidir

Qafar Ağayev16:40 - Bu gün
Numan Kurtulmuş: İslam dünyasında birlik və əməkdaşlıq gücləndirilməlidir

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Bakıda jurnalistlərə açıqlama verib.

1news.az xəbər verir ki, o, çıxışında Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqının (İƏT Parlament İttifaqı) 20-ci Konfransı çərçivəsində fikirlərini bölüşüb.

Numan Kurtulmuş dost və qardaş Azərbaycan torpağında bir daha olmaqdan məmnunluğunu ifadə edərək, İƏT Parlament İttifaqına sədrliyin Azərbaycana keçməsinin mühüm əhəmiyyət daşıdığını bildirib və bununla bağlı təbriklərini çatdırıb.

O qeyd edib ki, dünyanın ciddi sarsıntılar və mürəkkəb proseslərdən keçdiyi bir dövrdə İslam dünyasının vəziyyəti xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, baş verən hadisələr İslam ölkələri üçün mühüm imkanlar yaradır.

“Ən başlıcası, İslam ölkələri arasındakı fikir ayrılıqları, siyasi fərqlər, etnik və məzhəbi müxtəlifliklər qarşıdurmaya çevrilməməlidir. Biz bunları zənginlik kimi qəbul etməyə məcburuq. Əgər belə yanaşsaq, bu prosesdə həqiqətən ciddi şəkildə təsirli ola bilərik”, – deyə o vurğulayıb.

TBMM sədri əlavə edib ki, İslam dünyası institusional, siyasi və ideoloji baxımdan yeni islahat mərhələsinə ehtiyac duyur. Bu çərçivədə dövlət qurumlarının və beynəlxalq platformaların imkanlarının artırılması zəruridir.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər