Nazir: "İşğaldan azad olunmuş ərazilərin mina ilə çirklənməsi Azərbaycan üçün ən ciddi problemlərdən biridir"
“İşğaldan azad olunmuş ərazilərin minayla çirklənməsi bizim ölkəmiz üçün ən ciddi məsələlərdən biridir”.
1news.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassislə birgə keçirdiyi mətbuat konfransında deyib.
“İkinci Qarabağ müharibəsindən sonra artıq ən son statistikaya görə 430-dan çox nəfər həlak olanlar, yaralananlar, həyat və sağlamlıqlarını itirən insanlar var. 2020-ci ildən başlayaraq və ondan öncə də böyük miqyasda ölkə ərazisində minalardan təmizləmə işləri həyata keçirilirdi. Ancaq belə bir miqyasda, təbii ki, ərazilər azad ediləndən sonra tamamilə fərqli bir miqyasda problemlə üzləşmişik. Çünki işlərin böyük əksəriyyəti Azərbaycan dövləti tərəfindən həyata keçirilir. İlk növbədə ANAMA-nı qeyd etmək lazımdır. Ancaq bundan əlavə, Müdafiə zmazirliyi, Fövqəladə Hallar Nazirliyi, və digər özəl şirkətlər də bu işə cəlb edilmişdir. Buna baxmayaraq, əsas yük məhz Azərbaycan dövlətinin üzərindədir ”.












