İqnasio Kassis: "Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropa təhlükəsizliyi üçün ən ciddi çağırış olaraq qalır" | 1news.az | Xəbərlər
Siyasət

İqnasio Kassis: "Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropa təhlükəsizliyi üçün ən ciddi çağırış olaraq qalır"

Ayşən Salehli13:50 - Bu gün
İqnasio Kassis: "Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropa təhlükəsizliyi üçün ən ciddi çağırış olaraq qalır"

“Bundan əlavə, biz dünyadakı mövcud vəziyyəti, Yaxın Şərqdəki vəziyyəti və əlbəttə ki, narahatlıq doğuran digər məsələləri də müzakirə etdik ”.

1news.az xəbər verir ki, bu sözləri İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında səsləndirib.

“Xüsusilə, Rusiyanın Ukraynaya qarşı müharibəsini nəzərdən keçirdik. Bu müharibə Avropa təhlükəsizliyinə və ATƏT-in əsasını təşkil edən prinsiplərə qarşı ən ciddi çağırış olaraq qalır. Bu, ATƏT-in fəaliyyətdə olan sədri kimi mənim məsuliyyət sahəmdə xüsusi yer tutur.


​Biz dialoqu - həqiqi dialoqu qoruyub saxlamaq üçün çalışırıq. Bu o deməkdir ki, kəskin fikir ayrılığı olan tərəflər - Rusiya, Belarus və digər tərəflər bir-biri ilə danışmaq üçün yol tapmalıdırlar. ATƏT-in məqsədi də məhz bundandır: bir-biri ilə danışmaq və Helsinki prinsiplərini necə tətbiqi və davamlı olaraq icra etməli olduğumuzu izah etmək.
​Biz ədalətli və davamlı sülhə töhfə verməliyik - biz, yəni ATƏT. Bunu nəzərə alaraq, atəşkəs əldə olunan kimi prosesə qoşulmağa hazır olmalıyıq. Əlbəttə ki, biz onu da nəzərə almalıyıq ki, böyük dövlətlərin dəstəyi olmadan ATƏT-in təkbaşına müharibəni dayanması mümkün olmayacaq.


​Lakin bu təmin edildikdən sonra biz göstərməliyik ki, Rusiya və ABŞ kimi həmfikir olmayan ölkələr tərəfindən əsası qoyulmuş bu təşkilat hələ də lazımdır və faydalıdır”.

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər