Böyükşor-Pirşağı yolunun Kürdəxanıya ayrılan hissəsində dəyişiklik ediləcək - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Böyükşor-Pirşağı yolunun Kürdəxanıya ayrılan hissəsində dəyişiklik ediləcək - VİDEO

Qafar Ağayev17:17 - Bu gün
Böyükşor-Pirşağı yolunun Kürdəxanıya ayrılan hissəsində dəyişiklik ediləcək - VİDEO

Böyükşor-Pirşağı avtomobil yolunun Kürdəxanı qəsəbəsinə ayrılan hissəsində yol hərəkətinin təşkili ilə bağlı dəyişiklik ediləcək.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, ərazidə yol hərəkətinin təhlükəsizliyinin artırılması məqsədilə nəqliyyat vasitələrinin sürətinin mərhələli şəkildə azaldılmasını təmin edən süni yol nahamarlıqları (sürət yavaşıdıcı xətlər) quraşdırılacaq.

Bununla yanaşı, hərəkət istiqamətini göstərən yol nişanları və müvafiq üfüqi nişanlanma xətləri də tətbiq ediləcək.

Paylaş:
108

Son xəbərlər

Bütün xəbərlər