Ağdamda açıq ərazidə yanğın başladı – FHN əməliyyata başladı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda açıq ərazidə yanğın başladı – FHN əməliyyata başladı

1news Redaksiyası09:00 - 23 / 07 / 2026
Ağdamda açıq ərazidə yanğın başladı – FHN əməliyyata başladı

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Ağdam rayonunun Kəngərli kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

Paylaş:
263

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər