Rusiya Xerson və Xarkova zərbələr endirib: 2 nəfər ölüb, 31 nəfər yaralanıb | 1news.az | Xəbərlər
Dünya

Rusiya Xerson və Xarkova zərbələr endirib: 2 nəfər ölüb, 31 nəfər yaralanıb

First News Media10:22 - Bu gün
Rusiya Xerson və Xarkova zərbələr endirib: 2 nəfər ölüb, 31 nəfər yaralanıb

Rusiya qoşunlarının Ukraynanın Xerson və Xarkov vilayətlərinə endirdiyi zərbələr nəticəsində 2 nəfər həlak olub, 31 nəfər yaralanıb.

1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyalarının rəhbərləri məlumat veriblər.

Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin sözlərinə görə, Rusiyanın vilayətə endirdiyi zərbələr nəticəsində 1 nəfər həlak olub, 20 nəfər yaralanıb.

Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov bildirib ki, Rusiya qoşunları Xarkova və vilayətin daha 15 yaşayış məntəqəsinə raketlər, idarə olunan aviabombalar və müxtəlif tipli pilotsuz uçuş aparatları ilə zərbələr endirib.

"Xarkov vilayətinin atəşə tutulması nəticəsində 1 nəfər həlak olub, 11 nəfər xəsarət alıb", - o qeyd edib.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər