Naxçıvanda kanalda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda kanalda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edildi

1news Redaksiyası10:33 - 07 / 08 / 2026
Naxçıvanda kanalda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edildi

Naxçıvanda gecə saatlarında 1 nəfər Uzunoba Su Anbarını qidalandıran kanalda batma təhlükəsi ilə üzləşib.

1news.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Sularda xilasetmə bölməsinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində kanalda batma təhlükəsində olan vətəndaş dalğıc-xilasedicilər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə çıxarılıb.

Paylaş:
232

Son xəbərlər

Lənkəranda zəlzələ olub

29 / 09 / 2026, 16:07
Bütün xəbərlər