DİN: 70 min manatlıq naqil oğurluğunda şübhəli bilinən şəxs tutuldu - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

DİN: 70 min manatlıq naqil oğurluğunda şübhəli bilinən şəxs tutuldu - VİDEO

First News Media11:03 - Bu gün
DİN: 70 min manatlıq naqil oğurluğunda şübhəli bilinən şəxs tutuldu - VİDEO

Paytaxtın Sabunçu, Xəzər, eləcə də Abşeron rayonunda müxtəlif ünvanlardan ümumi dəyəri 70 min manat olan elektrik naqilləri oğurlanıb.

Bu barədə 1news.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllərdə məhkum olunmuş 42 yaşlı Zamin Cəfərov saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin müxtəlif vaxtlarda gecə saatlarında qeyd olunan ərazilərdən keçən elektrik xətlərini sökərək naqilləri oğurladığı və əlvan metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
54

Son xəbərlər

Bütün xəbərlər