Binəqədidəki yanğın söndürüldü - VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Binəqədidəki yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

Qafar Ağayev15:37 - Bu gün
Binəqədidəki yanğın söndürüldü - VİDEO - YENİLƏNİB

Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində təkər tullantıları yığılmış sahədə baş verən yanğının qarşısı alınıb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

14:04

Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində təkər tullantıları yığılmış sahədə yanğın başlayıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Paylaş:
139

Son xəbərlər

Bütün xəbərlər