Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb

First News Media09:56 - Bu gün
Azərbaycan UEFA reytinqində 26-cı yerdə qərarlaşıb

Azərbaycanın UEFA reytinqindəki mövqeyində dəyişiklik baş verməyib.

1news.az report-a istinadən xəbər verir ki, ölkə hazırda 21.187 əmsalla 26-cı pillədə qərarlaşıb.

25-ci yerdə olan Sloveniya 22.468 əmsala malikdir.

Reytinqə 101.852 əmsalla İngiltərə başçılıq edir.

Qeyd edək ki, ötən gün "Qarabağ" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo"ya (Kiyev, Ukrayna) 0:1 hesabı ilə uduzub.

Çempionlar Liqasında mübarizə aparan "Sabah" isə rəqib meydanında Danimarkanın "Orhus" komandasına məğlub olub - 1:2.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər