Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib | 1news.az | Xəbərlər
İdman

Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib

First News Media10:32 - Bu gün
Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Sabah" və "Orhus" kollektivləri arasındakı cavab oyununun hakimləri dəyişdirilib.

1news.az xəbər verir ki, UEFA daha əvvəl qarşılaşmaya Joao Pineyronun rəhbərlik etdiyi Portuqaliya hakimlər briqadasını təyin etsə də, sonradan bu təyinatı dəyişib.

Bakıda keçiriləcək matçı Fransadan olan Villi Delajo idarə edəcək. Ona Ervan Finjean və Valentin Evrard kömək edəcək, dördüncü hakim funksiyasını Erik Vattellier yerinə yetirəcək. VAR hakimi Bastien Deşepi, AVAR isə Nikolya Rainvill olacaq.

Qeyd edək ki, "Sabah" – "Orhus" oyunu avqustun 11-də "Bank Respublika Arena"da keçiriləcək. İlk görüşdə Danimarka təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

Paylaş:
68

Son xəbərlər

Bütün xəbərlər