1news.az

“Bakı Taksi Xidməti” koronavirusla bağlı qabaqlayıcı tədbirləri davam etdirir – FOTO

21 May saat 09:52 ~ 1 dəqiqəlik oxu 320
“Bakı Taksi Xidməti” koronavirusla bağlı qabaqlayıcı tədbirləri davam etdirir – FOTO

Bakıda taksilərdə əllərin spirtləməsi üçün xüsusi aparat yerləşdirilib.

Bu barədə 1news.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, “Bakı Taksi Xidməti” MMC “COVID-19” infeksiyası ilə mübarizə çərçivəsində paytaxtda xidmət göstərən taksi minik avtomobillərində qabaqlayıcı tədbirləri davam etdirir. Sərnişinlərin təhlükəsizliyi istiqamətində zəruri işlər həyata keçirilir:

"Taksilərdə olan arakəsmələr təmas xəttini minimuma endirir, virus infeksiyasının ötürülməsinin qarşısını alır. Sərnişinlərin avtomobildən istifadə zamanı əllərini spirtləməsi üçün xüsusi aparat yerləşdirilib. Həmçinin taksilərdə 2 nəfərdən çox sərnişinin daşınmasına icazə verilmir. Virusa yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə avtomobillər gündəlik dezinfeksiya olunur".

Əlavə olunub ki, fərdi və kollektiv gigiyena qaydalarına riayət olunması üçün sürücülər antiseptik məhsullarla yanaşı, mütəmadi olaraq tibbi maskalarla təmin edilirlər.

“Bakı Taksi Xidməti” MMC-nin tabeliyində olan taksilərdə pandemiyanın bütün dünyada yayıldığı ilk günlərdən həm sürücülər, həm də taksidən istifadə edən sərnişinlərin məlumatlandırılması üçün xüsusi lövhələr yerləşdirilib.

Həmçinin qurum əməkdaşlarının maarifləndirilməsi məqsədilə inzibati binanın daxilində məlumat xarakterli lövhələr təşkil olunub.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net