Bakıda yeni “Amburan Kids” uşaq əyləncə mərkəzi açıldı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yeni “Amburan Kids” uşaq əyləncə mərkəzi açıldı – FOTO

11:20 - 04 / 06 / 2019
Bakıda yeni “Amburan Kids” uşaq əyləncə mərkəzi açıldı – FOTO

Ölkəmizdə ailəvi istirahət, əyləncə və uşaq inkişafı sahəsində ixtisaslaşan “Caspian Entertainment” şirkəti daha bir möhtəşəm layihəyə imza atdı.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Oyna, əylən, kəşf et!” devizi altında “Amburan Kids” uşaq əyləncə mərkəzinin açılışını etməklə bu sektorda yeni səhifə açdı.

“Amburan Kids” uşaqların səmərəli və əyləncəli vaxt keçirməsi üçün ideal məkandır. Burada müxtəlif yaşlarda olan uşaqlara fərqli əyləncə və fiziki inkişaf fəaliyyətləri təklif edilir.

Bu mərkəzdə fidanlarımızın gələcək həyatlarına hazırlaşması və vaxtlarını təlim keçmiş peşəkarlarla birlikdə həm əyləncəli, həm də maraqlı keçirməsi üçün hər cür şərait yaradılıb.

Müasir uşaqlar nə istədiklərini çox gözəl bilirlər. Buna görə də valideynlər onlara seçim imkanı verməlidir. Uşaqlarınızın maraqlarını, arzu və istəklərini düşünən peşəkar komandanın əməyi nəticəsində “Amburan Kids” kimi möhtəşəm əyləncə məkanı yaradıldı.

Bu əlamətdar günü qeyd etmək üçün “Caspian Entertainment” şirkəti ətrafında tərəfdaşlarını, dostlarını, eləcə də uşaqları və valideynləri toplayaraq möhtəşəm açılış mərasimi təşkil etdi.

Mərasimin aparıcılığı isə balaca qəhrəmanlara həvalə olundu. Öncə “Caspian Entertainment” şirkətinin marketinq və sponsorluq üzrə meneceri Mehriban Nəzərova qonaqları salamlayaraq şirkət və “Amburan Kids” layihəsi haqqında məlumat verdi.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Amburan Kids”in açılışına toplaşan uşaqları təbrik edən Mehriban Nəzərova bildirdi ki, Amburan Kids hər yaşa uyğun təkliflərlə il boyu xidmət göstərməyə hazırdır və çox yaxın zamanda uşaqların və valideynlərinin sevimli istirahər mərkəzinə çevrilməsinə ümid edir.

“Mərkəzdə yaşı 7-dən yuxarı olan uşaqlar üçün özündə bir çox atraksionları birləşdirən “Bono Bourg” adlı oyun zalı mövcuddur. Azyaşlılar dırmanma divarı, yumşaq kublar və dağçılıq idmanını xatırladan atraksionlarda maraqlı vaxt keçirəcəklər. Burada xüsusi təlim keçmiş nəzarətçilər tərəfindən təhlükəsizlik təmin olunur.

2-8 yaş arası uşaqlar üçün nəzərdə tutulan “Sweet City” daha bir rəngarəng oyun dünyasıdır. Valideynlərin dəstəyi ilə hətta körpələr bu məkanda əylənə bilərlər. Oyun tunelinin hər bir hissəsində uşaqları fərqli əyləncə gözləyir.

“Motor City” və “Builder City” isə əyləncə məkanının döyünən ürəyidir. Burada 2-12 yaş arası uşaqlar həm tikinti prosesində iştirak edəcək, həm də avtomobil meydanında yarışacaqlar. Tikinti avadanlığı, yükləyicilər və böyük “lego” bloklarından istifadə edərək “inşaat işləri” görəcəklər.

“Amburan Kids” təkcə balacaların məkanı deyil. Burada yeniyetmələr və böyüklər üçün də müxtəlif adrenalin dolu oyun növləri yaradılıb. Möhtəşəm virtual gerçəklik məkanı – ANVIO 15 yaşından yuxarı hər kəsə həyəcan dolu dəqiqələr yaşadacaq”.

Bundan əlavə uşaqların ad günlərini daha maraqlı, bol əyləncəli və tam fərqli formatda keçirilməsi üçün “Amburan Kids”-də rəngarəng “party otağları” təklif olunur.”

Sonra isə tədbirin bədii hissəsi başladı. Səhnəyə çıxan istedadlı və yaradıcı uşaqlar öz çıxışları ilə mərasimə rəng qatdılar. Onlar musiqi alətlərində canlı ifaları ilə yanaşı, milli rəqs nümunələrini nümayiş etdirdilər. Ölkəmizi “Junior Eurovision-2018” yarışında layiqincə təmsil edən Fidan Hüseynova, eləcə də “Zima” Beynəlxalq Uşaq Festivalının iştirakçıları qonaqları nəğmə çələngi ilə sevindirdilər.

Yüksək səviyyədə təşkil olunmuş tədbirin sonunda isə uşaqlar valideyinləri ilə birgə “Amburan Kids”-lə yaxından tanış oldular.

"Amburan Kids" əyləncə mərkəzinə gələn uşaqlarda müsbət aura, şən əhval və çöhrələrində gülüş əskik olmayacaq. Odur ki, əziz valideyinlər, uşaqlarınızı darıxmağa qoymayın. Onlarla birgə əylənib zamanı səmərəli və maraqlı keçirmək üçün yolunuzu Buzovna-Bilgəh şosesində “Amburan Mall”-un ikinci mərtəbəsində yerləşən "Amburan Kids"-dən salın.

https://www.instagram.com/amburankids/?hl=ru

https://www.facebook.com/amburankidsaz/

Reklam hüququnda

 

Paylaş:
4411

Son xəbərlər

Bütün xəbərlər