1news.az

“Başakşəhər” 1/8 finalda, “Arsenal” mübarizəni dayandırdı

28 Fevral saat 10:23 ~ 2 dəqiqəlik oxu 253
“Başakşəhər” 1/8 finalda, “Arsenal” mübarizəni dayandırdı

Avropa Liqasında 1/16 final mərhələsinin 14 cavab oyunu keçirilib.

1news.az-ın Qol.az-a istinadən verdiyi xəbərə görə, dünən axşam daha 15 matç oynanılmalı idi. Amma “Zalsburq” - “Ayntraxt” qarşılaşması güclü külək səbəbindən təxirə salınıb.

Türkiyənin avrokuboklardakı tək təmsilçisi "Başakşəhər" "Sportinq"i qəbul edib. İlk matçda səfərdə  1:3 uduzan İstanbul təmsilçisi cavab görüşündə 4:1 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.

"Arsenal" "Olimpiakos"u, "Mançester Yunayted" isə "Brügge"ni qəbul edib. London klubu Yunanıstan təmsilçisinə doğma meydanda 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. "Qırmızı şeytanlar" isə cavab görüşündə 5 cavabsız qolla qələbə qazanıblar.


27 fevral

21:55. “Gent” (Belçika) - “Roma” (İtaliya) - 1:1
Qollar:
 David, 25 – Klyuvert, 29
İlk oyun – 0:1

21:55. “Malmö” (İsveç) - “Volfsburq” (Almaniya) - 0:3
Qollar:
 Brekalo, 42. Gerhardt, 65, Viktor, 69
İlk oyun – 1:2

21:55. LASK (Avstriya) - “Alkmar” (Hollandiya) - 2:0
Qollar:
 Raquz, 44-pen, 50
İlk oyun – 1:1

21:55. “Bazel” (İsveçrə) - APOEL (Kipr) - 1:0
Qol:
 Frey, 38-pen
İlk oyun – 3:0

21:55. “Portu” (Portuqaliya) - “Bayer” (Almaniya) - 1:3
Qollar: Mareqa, 65 – Alario, 10, Demirbay, 50, Haverts, 58
İlk oyun – 1:2

21:55. “Espanyol” (İspaniya) - “Vulverhempton” (İngiltərə) - 3:2
Qollar
: Kalyeri, 16, 57-pen, 90+1 – Traore, 22, Doherti, 79
İlk oyun – 0:4

21:55. “Başakşəhər” (Türkiyə) - “Sportinq” (Portuqaliya) - 4:1
Qollar:
 Şkrtel, 31, Aleksiç, 45, Vişça, 90+2, 119-pen – Vietto, 68
İlk oyun – 1:3

00:00. “Benfika” (Portuqaliya) – “Şaxtyor” (Ukrayna) - 3:3
Qollar
: Pitsi, 9, Dias, 36, Silva, 47 - R.Dias, 12-avtoqol, Stepanenko, 49, Patrik, 71
İlk oyun – 1:2

00:00. “Zalsburq” (Avstriya) - “Ayntraxt” (Almaniya) - təxirə salınıb
İlk oyun – 1:4

00:00. “İnter” (İtaliya) - “Ludoqorets” (Bolqarıstan) - 2:1
Qollar
: Biraqi, 32. Lukaku, 45+4 – Souza, 26
İlk oyun – 2:0

00:00. “Mançester Yunayted” (İngiltərə) - “Brügge” (Belçika) - 5:0
Qollar:
Fernandes, 27-pen, İqalo, 34. Maktominay, 41. Fred, 82, 90+3
İlk oyun – 1:1

00:00. “Arsenal” (İngiltərə) - “Olimpiakos” (Yunanıstan) - 1:2
Qollar: 
Obameyanq, 113 - Sisse, 53, El Arabi, 119
İlk oyun – 1:0

00:00. “Sevilya” (İspaniya) - ÇFR (Rumıniya) - 0:0
İlk oyun – 1:1

00:00. “Seltik” (Şotlandiya) - “Kopenhagen” (Danimarka) - 1:3
Qollar:
 Eduard, 82-pen – Santos, 51, Biel, 85, Ndoye, 88
İlk oyun – 1:1

00:00. “Ayaks” (Hollandiya) - “Xetafe” (İspaniya) - 2:1
Qollar: 
Danilo, 10, Oliveyra, 63-avtoqol – Mata, 5
İlk oyun – 0:2

26 fevral
 
"Braqa" (Portuqaliya) – "Reyncers" (Şotlandiya) - 0:1
Qol
: Kent, 61
İlk oyun - 2:3

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Futbol BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net