“Bu toyuqlar xüsusi təhlükə mənbəyidir” - Eyyub Hüseynov | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bu toyuqlar xüsusi təhlükə mənbəyidir” - Eyyub Hüseynov

14:15 - 08 / 07 / 2020
“Bu toyuqlar xüsusi təhlükə mənbəyidir” - Eyyub Hüseynov

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Siyəzən şəhərində fəaliyyət göstərən quş kəsimi və qablaşdırma sexinə baxış zamanı ortaya çıxardığı faktlar ciddi müzakirələrə səbəb olub.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynovla söhbətimizdə istehlakçıların qida rasionunda xüsusi payı olan toyuq məhsullarının kefiyyəti və bazarın mövcud vəziyyəti ilə bağlı müzakirələrə aydınlıq gətirdik.

- Siyəzəndə aşkarlanan qanunsuz quş sexinin fəaliyyəti gündəm mövzulardandır. Doğrudanmı kustar üsulla məhsul istehsal edən sexlər hələ də mövcuddur?

- Təəssüf ki, ölkəmiz istehsal sahəsində müəyyən yol qət etmiş olsa da, bazara sağlam rəqabətə davamlı məhsullar təqdim olunsa da, hələ də gizli şəkildə fəaliyyət göstərən, vətəndaşların etimadını sarsıtmağa yönəlik, öz fəaliyyətində heç bir normativ qaydaları gözləməyən, istehlakçıları aldatma yolu ilə gəlir əldə etməyə çalışan müəssisələr mövcuddur. Əslində, mənim onlara müəssisə deməyə də dilim gəlmir. Çünki əsl müəssisə vətəndaşın həyatını təhlükəyə atmaq kimi mənəviyyatsız üsula əl atmaz. Əvvəla o məqam araşdırılmalıdır ki, həmin sexlərin fəaliyyətinə niyə əngəl törədilmir və onların arxasında dayanan “qaranlıq qüvvələr” kimlərdir? Hesab edirəm ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyətə başlayandan bu cür sexlərin sayında xüsusi azalma müşahidə olunur. Siyəzəndə fəaliyyət göstərən sexdə baş verənlər və həmin sexin fəaliyyətinin dayandırılması bunun bariz nümunəsidir. Unutmaq lazım deyil ki, belə nəzarətsiz quş əti istehsalçıları vətəndaşlarımız üçün xüsusi təhlükə mənbəyidir.

- AQTA-nın açıqlamasında bir məqam xüsusi diqqət çəkir: toyuğun çəkisinin su ilə artırılması. Bu təkcə maddi zərəri kompensasiya edir, yoxsa digər fəsadları da var?

- Əvvəla kim zəmanət verir ki, su dediyiniz həqiqətən maye sudur? Bunun üçün toyuqlara vurulan mayenin tərkibi dərindən araşdırılmalı, laborator müayinədən keçməlidir. Bildiyim qədər AQTA mayenin tərkibi ilə bağlı yekun qərarını açıqlamayıb. Bundan öncə təcrübədə dəfələrlə görmüşük ki, naməlum maye toyuqlara iynə şəklində vurulur. Ukraynadan ölkəmizə idxal edilən toyuqlarda aparılan laborator müayinələr zamanı ortaya çıxan faktlar bunun bariz nümunəsidir. Tamamilə mümkündür ki, bu maye təkcə çəki artırmaq üçün yox, həm də məhsulun daha gec xarab olmasına görə vurulur. Bir məqamı unutmaq lazım deyil ki, xalis çəki hər hansı süni yolla artırılırsa, heç şübhəsiz bu artıq məhsulun kefiyyətsiz olduğuna dair mühakimələr yürütməyə əsas yaradır.

- Kəsim və ya təmizlənmə müvafiq normativlərə uyğun həyata keçirilməzsə, hansı fəsadlara yol aça bilər?

- Hazirki şəraitdə hər bir istehsal və xidmət sahələri qəbul edilmiş mövcud protoklları nəzərə alaraq fəaliyyət göstərməlidir. Bu protokollar hansısa müəssisə və şirkətin şəxsi istəyi ilə yox, beynəlxalq normativlərə uyğun şəkildə tənzimlənir. Əgər hər bir müəssisə öz fəaliyyətini bu protokollara müvafiq şəkildə qurur və həyata keçirirsə, bu artıq onun istehsal etdiyi məhsulların da müvafiq standartlara uyğun gəldiyi anlamına gəlir. Bilirsiniz ki, quş ətinin istehsalı ilə bağlı normativlər var. Quş ətinin istehsalı zamanı kəsimə və təmizləməyə xüsusi diqqət yetirilməlidir ki, bakteriya düşməsin.

- Satış nöqtələrində ilk baxışdan cəlbedici və ucuz qiymətə təklif olunan məhsullara rast gəlirik. Zəruri maya dəyərindən ucuz bu məhsullar nə dərəcədə etibarlıdır?

- Hər dəfə bu cür məhsulları görərkən fikirləşirəm ki, doğrudan da hələ də şirnikləndirici vədlərə inanan istehlakçılar var?! Açığı, bu vəziyyət məndə dərin təəssüf hissi yaradır. Elementar məntiq kifayətdir ki, kəskin qiymət fərqinin arxasında hansı qaranlıq niyyətin dayandığını müəyyən edəsən. Bazarda öz sözünü demiş və özünü təsdiq etmiş kifayət qədər müəssisələr niyə bu qiymətə məhsul satmırlar? Cavab sadədir: Onlar öz reputasiyasını qoruyur və bazarda müvəqqəti yox, daimi pay sahibi olmaq niyyətindədirlər. Məhz buna görə, kefiyyətli məhsul istehsal etməlidirlər. Kefiyyətli məhsul isə piştaxtalarda satışa çıxarılan “sex toyuqları” ilə eyni qiymətə satışa çıxarıla bilməz. Bu praktik baxımdan mümkün deyil. Demək istehlakçı iki şüurlu seçimdən birini etməlidir: ya kefiyyətsiz məhsul istehlak edərək öz həyatını təhlükəyə atmalıdır, ya da sağlam qidaya üstünlük verməlidir.

- Kifayət qədər ciddi mətləblərə toxundunuz. Bəs bu cür məhsulların istehlakı insan orqanizmi üçün hansı təhlükələrə səbəb ola bilər?

- Birmənalı şəkildə deyirəm ki, məhsulun istehsalı onun qiymətinə bilavasitə təsir edir. Nəzərə almaq lazımdır ki, quş ətinin istehsalı yemlənmədən tutmuş kəsim və paketlənməyə qədər uzun bir proses keçir. Ucuz qiymətə təklif edilən toyuq ətinin çəkisi adətən 1 kiloqramdan az olur. Ucuz başa gələn və çəkisi az olan toyuqlara el arasında murdar olmuş toyuqlar deyirlər. Buna səbəb həmin quş məhsullarının istifadəyə yararsız və insan orqanizmi üçün təhlükə mənbəyi olması ilə bağlıdır. Bir məqamı unutmaq lazım deyil ki, hər bir prosesdə bir alqoritm olmalıdır və proses təbii yolla tamamlanmalıdır. Yox əgər bu yoxdursa, demək hardasa axsama var, ya istehsalda, ya da yemlənmədə.

- Toyuğu alırıq, dondurucuya qoyuruq, lazım olanda buzluqdan çıxarıb donunu açıb, yeni məhsul kimi istifadə edirik. İstehsalatdakı professional ani - şok dondurma vasitələri ilə adi soyududcu buzluğunun fərqi nədir?

- Əlbəttə, donu açılmış məhsulu təkrar dondurmaq olduqca təhlükəlidir. Hətta bu zəhərlənməyə səbəb ola bilər. Əgər toyuq məhsulunu alıb buzluğa atacaqsınızsa, elə bu başdan istehsalatda dondurulmuş toyuq alın. Istehsalatda anı dondurulma ilə məhsul -42 dərəcədə qısa müddətdə dondurulur, tərkibi çox dəyişmir, ən əsası bakteriyaların inkişafı üçün şərait yaranmır. Məişət soyuducularında -18 dərəcədə məhsulun donması uzun zaman tələb edir və bu müddət ərzində toyuğun içərisində salmonella çubuqları kimi mikroblar inkişaf edib zəhərlənməyə səbəb yarada bilirlər.

- Və sonda. İstehlakçı quş əti məhsulları istehlak edərkən özünü sığortalamaq üçün hansı addımları atmalıdır?

- Azərbaycan istehlakçısı toyuq məhsullarından müntəzəm istifadə edir. Bu mənada maarifləndirmə işlərinin aparılmasına xüsusi ehtiyac var. Quş əti məhsullarından istifadə edən soydaşlarımıza dörd əsas istiqamət təklif edirəm. Bunlardan biri məhsulun qablaşdırmasına xüsusi diqqət ayırmaq, ikincisi istehsal tarixi ilə tanış olmaq, üçüncüsü saxlanma müddəti ilə maraqlanmaq və nəhayət dördüncüsü məhsulu ərsəyə gətirən müəssisənin fəaliyyətini aradışdırmaqdır.  Çalışın təzə toyuq alın. Əgər vaxtınız varsa, kiçik bazar araşdırması aparın. Ölkəmizdə kifayət qədər kefiyyətli quş əti istehsal edən müəssisələr var və  onların fəaliyyəti ilə yaxından tanış olun. Bununla siz həm vaxt udmuş olur, bazarı analiz edir, həm də özünüzün və doğmalarınız sağlam qida ilə bəslənməsinə nail olursunuz.

Qeyd edək ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Siyəzən şəhəri İsmət Qayıbov küçəsi 83 ünvanında fiziki şəxs Nəsir Ramazan oğlu Əhmədova məxsus quş əti məhsullarının qablaşdırılması sexinə baxış keçirib.

Baxış zamanı sexin yaşayış evinin həyətində qanunsuz fəaliyyət göstərdiyi, kəsilib təmizləndikdən sonra emal sahəsinə gətirilən toyuqların nasosa birləşdirilmiş xüsusi iynə ucluğa malik avadanlıqla daxilinə maye vurularaq çəkisinin qanunsuz yolla, su hesabına 300-350 qr artırıldığı məlum olub. Müəyyən edilib ki, toyuqlar yaxınlıqda yerləşən, antisanitar şəraitdə fəaliyyət göstərən toyuq kəsimi sexindən tədarük olunur.

Agentliyin əməkdaşları tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində hər iki müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan götürülən nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim edilib.

Paylaş:
863

Son xəbərlər

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıbBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59Azərbaycan Prezidenti: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayırBu gün, 14:55İlham Əliyev və Olaf Şolts birgə mətbuat konfransı keçirirlər - CANLIBu gün, 14:53Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - FOTOBu gün, 14:42“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilibBu gün, 14:23İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü keçirilib - FOTO - YENİLƏNİBBu gün, 14:19Bakıda körpə pəncərədən düşərək ölübBu gün, 13:59AFFA “Qarabağ” klubunu cərimələyibBu gün, 13:51Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32
Bütün xəbərlər